Paytaxtın Yasamal rayonunda yaşayış binasında yanğın olub.

Unikal.org-un hadisə yerində olan əməkdaşının bildirdiyinə görə, metronun Elmlər Akademiyası stansiyasının yaxınlığında olan binanın birinci mərtəbəsində olan mağazada yanğın başlayıb. Sonradan yanğın yuxarı mərtəbələrə keçib. Hadisə yerinə gələn FHN-nin yanğınsöndürmə briqadası yanğının qarşısını alıb.

Hadisənin başverməsinə səbəb elektrik naqillərindəki qısaqapanma olub. 

Famil Fərhadoğlu