Düyü kəpəyi yağı düyü kəpəyindən və ya düyü toxumlarından əldə edilir. Düyü kəpəyi yağı unikal tərkibə malikdir. Bu yağ müalicəvi tərkibinə görə qarğıdalı yağına çox yaxındır. Düyü kəpəyi yağı vitaminlər, yağ turşuları, antioksidant və orqanizm üçün faydalı olan maddələrlə zəngindir. Düyü kəpəyi yağı sarı rəngə və özünəməxsus qoxuya malik olur. Onun orqanizmə müalicəvi təsirləri çox böyükdür. Əksər hallarda isə bu yağ digər yağların qarışımı ilə qəbul edilir. Düyü kəpəyi yağının istifadəsi ilə ən çox Hinsdistan, Yaponiya və müxtəlif Asiya ölkələri məşğul olur. Bu ölkələr ən çox düyü yağından istifadə edən ölkələrdəndir. İl ərzində təkcə Yaponiya 80000 ton düyü kəpəyi yağı istehsal edir. Düyü kəpəyi yağı güclü antioksidant təsirə malikdir. Ondan şiş əleyhinə dərman maddələrinin hazırlanması zamanı istifadə edilir. Asiya ölkələrinin restoranlarında bu yağdan daha çox istifadə edilir. Bu yağ yüksək temperatura davamlıdır və onu bir-neçə dəfə qaynatdıqda tərkibində zərərli maddələr əmələ gəlmir. Bu yağın tərkibində yağlılığın və kalorinin miqdarı azdır.
Faydalı tərkibi
Unikal.org immunitet.az-a istinadən bildirir ki, düyü kəpəyi yağının tərkibi E, A, PP və B qrup vitaminləri ilə zəngindir. Bu yağların qarışımı orqanizmin cavan qalmasına səbəb olur. Onun tərkibində yağ turşuları, Omeqa9, Omeqa6 və Omeqa3 yağları, stearin və palmit yağları var. Yağın tərkibi orqanizmdə pis xolesterinin miqdarının azalmasına səbəb olur. Düyü kəpəyi yağının tərkibində qamma-orizonal, tokotrienol, skvalen və tokoferol var. Bu maddələr orqanizmə antioksidant təsir bağışlayır, sərbəst radikallara qarşı mübarizə aparır, orqanizmin cavan və sağlam qalmasına səbəb olur. Bu yağın tərkibində olan fitosterinlər xərçəng hüceyrələrinə qarşı orqanizmin müdafiə qüvvəsini artırır, dərinin möhkəmlənməsinə səbəb olur. Dəri yaraları, yanaqlar və dəri xəstəlikləri zamanı düyü kəpəyi yağından istifadə etməkdə fayda var.
Müalicəvi və faydalı xüsusiyyətləri
Müalicəvi və faydalı tərkibinə görə düyü kəpəyi yağından tibbdə və kosmetologiyada geniş istifadə edilir. O ən dietik qidalardan hesab edilir və orqanizmin sağlam qalmasına səbəb olur. Düyü kəpəyi yağı sərbəst radikallara qarşı mübarizə aparır. Düyü kəpəyi yağından istifadə etmək orqanizmdə xərçəng xəstəliklərinin yaranma riskinin aradan qalxmasına səbəb olur. Mütəxəssislər ürək-damar sistemi xəstələrinə bu yağdan istifadə etməyi məsləhət bilir. Tərkibində olanlar dərini ultrabənövşəyi şüalanmadan qoruyur. Düyü kəpəyin yağı hipoallergik yağlardandır O orqanizmdə allergiya əlamətlərinin əmələ gəlməsinə səbəb olmur. Mədə-bağırsaq yaraları, qastrit, qanda yüksək xolesterin olduğu zamanlarda düyü kəpəyi yağından istifadə etməkdə fayda var. Bu yağ qanda olan pis xolesterinin miqdarını azaldır, yaxşı xolesterinin miqdarını isə yüksəldir. Yağın tərkibi faydalı yağ turşuları ilə zəngindir. Bu yağ turşuları kollagenlərin sintezini aktivləşdirir, yeni hüceyrələrin əmələ gəlməsini sürətləndirir. Düyü kəpəyi yağından istifadə etdikdə dəri cavanlaşır. Bunun səbəbi isə yağın tərkibinin ¼ hissəsinin palmit yağından ibarət olmasıdır. Onun 50%-i isə olein turşusundan ibarətdir. Davamlı olaraq düyü kəpəyi yağı ilə qidalanmaq dərininin baryer funksiyasının artmasına, dəridəki iltihabi proseslərin sağalmasına, epidermisin sağlamlaşmasına səbəb olur.
Kosmetologiyada istifadəsi
Düyü kəpəyin yağından ən çox kosmetologiya sahəsində istifadə edilir. O saçların uzanmasını sürətləndirir, kipriklərin möhkəmlənməsinə və uzanmasına səbəb olur. Bu yağ dəriyə iltihab əleyhinə təsir göstərir. Saçları yuyan zaman şampuna düyü kəpəyin yağı əlavə etməkdə fayda var. O saç uclarını qidalandırır və saçqıranların aradan qalxmasına səbəb olur. Düyü kəpəyi yağı saç dərisində olan problemlərin aradan qalxmasına səbəb olur. Asiya ölkələrindən idxal olunan kosmetik vasitələrin əksəriyyəti düyü kəpəyi yağı ilə hazırlanır. Ondan müxtəlif kremlərin, mazların, şampunların, balzamların, dırnaqlara və əllərə qulluq vasitələrinin hazırlanmasında geniş istifadə edilir. Dırnaqları düyü kəpəyi yağı ilə silmək onların möhkəmlənməsinə və sınmamasına səbəb olur.
Düyü kəpəyi yağının zərərli xüsusiyyətləri
Düyü kəpəyi yağının zərərli xüsusiyyətləri barədə heç yerdə qeydlərə rast gəlinməyib. İshal və diareya zamanı bu yağdan istifadə etmək məsləhət görülmür.