Daxili İşlər Nazirliyi (DİN) Mingəçevir şəhərindəki qətl hadisəsi ilə bağlı məlumat yayıb.
Unikal.org DİN-in saytına istinadən xəbər verir ki, iyunun 29-da Mingəçevir şəhər sakini Xalid Əliyev mübahisə zəminində keçmiş arvadı Təranə Nəbiyevanın boğaz nahiyəsinə bıçaqla xəsarət yetirib. Nəticədə xəstəxanaya yerləşdirilmiş T.Nəbiyeva orada ölüb.
X.Əliyev Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.