Oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.
DİN-dən unikal.org-a verilən məlumata görə, Bakının Nəsimi RPİ-nin 20-ci Polis Bölməsinə müraciət edən əcnəbi vətəndaş yaşadığı mənzildə çantasından 670 ABŞ dollarının oğurlandığını bildirib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən qadın müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun Mingəçevir şəhər sakini Z.Əliyeva olduğu məlum olub.
Faktla bağlı cinayət işi başlanılıb. İstintaq aparılır.