Bakının Yeni Yasamal yaşayış massivinin Əsəd Əhmədov küçəsindəki Bazarstore ticarət mərkəzinin qarşısında yol qəza hadisəsi baş verib.

Unikal.org-un məlumatına görə, "Ləziz Hause" restoranının kuryerinin idarə etdiyi motorsiklet 42BV187 dövlət nişanlı VAZ-2107 avtomobili ilə toqquşub.

Nəticədə Şəhriyar adlı kuryerin çiyini sınıb. Xəsarət alan şəxs təcili olaraq 1 nömrəli Şəhər Kliniki xəstəxanasına (Semaşka) yerləşdirilib.