Ağdaş rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Unikal.org "Reporta istinadən xəbər verir ki, "VAZ-2106 markalı avtomobil Ağdaş-Ləki dördyolunda "Foton markalı yük maşınına çırpılıb.

Nəticədə "VAZda olan 2002-ci il təvəllüdlü Niftəliyev Bəhruz Zöhrab oğlu və 1971-ci il təvəllüdlü Mustafayev Polad Həsənxan oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.