Bakının Nərimanov rayonunda, son bir neçə həftə ərzində, tikinti materialları bazarı artıq üçüncü dəfədir ki, yanır.

Unikal.org virtualaz.org-a istinadən xəbər verir ki, Nərimanov rayonunda yanan tikinti materialları bazarı Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Hacıbala Abutalıbova məxsusdur.

Bundan başqa o da məlum olub ki, bu həmin bazarda il ərzində baş verən 32-ci yanğın hadisəsidir.

Tikinti materialları bazarında yeni yanğının nəticəsi hələlik məlum deyildir.

19:03

Tikinti materialları bazarında yeni yanğınla bağlı yayılan xəbəri isə FHN təkzib edib.

Fövqəladə Hallar Nazirliyidən nikal.org-a verilən məlumata görə, qeyd edilən tarixdə həmin rayonda belə bir hadisə baş verməyib, yalnız 650 m² sahədə quru ot yanıb və yanğın FHN-in yanğınsöndürən qüvvələri tərəfindən söndürülüb.