Mingəçevir şəhərində xəsarətlə nəticələnən yol qəzası baş verib.
Unikal.org report-a istinadə xəbər verir ki, Yevlax rayon sakini "Mercedes markalı avtomobil ilə N.Nərimanov küçəsində hərəkətdə olarkən 1 saylı orta məktəbin yaxınlığında velosipedçini vurub.
Nəticədə velosipedi sürən 45-46 yaşlı şəhər sakini Süleymanov İlqar Əlibala oğlu xəsarət alaraq xəstəxanaya yerləşdirilib. O, müayinə olunduqdan sonra müalicəsini ambulator şəraitdə davam etdirmək üçün evə buraxılıb.
Zərərçəkmişin eşitmə və nitq qüsurlu olduğu bildirilir. Hadisə zamanı onun velosipedi və üzərindəki mobil telefon qurğusu yarasız vəziyyətə düşüb.
Faktla bağlı araşdırma aparılır.