Bakı Ağır Cinayətlər Məhkəməsində banka basqın edib müştərini girov götürməkdə təqsirləndirilən Nazim Məmmədovun cinayət işi üzrə məhkəmə davam edib.
Unikal.org APA-ya istinadən xəbər verr ki, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Nazim Məmmədov 10 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, prokuror çıxış edərək N.Məmmədovun 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Bakı sakini Nazim Məmmədov bu il yanvarın 18-də "TuranBank"ın Yasamal filialına basqın edərək xəzinədarı bıçaqla hədələyib, pul tələb etməkdə təqsirləndirilir.
N. Məmmədov polis əməkdaşları tərəfindən tərksilah olunaraq tutulub.