Xaçmaz rayonunun Padar kənd sakini, 67 yaşlı Aypəri Şıxvəliyeva iluyun 8-də axşam saatlarında yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.
DİN Mətbuat Xidmətinin Quba regional qrupundan unikal.org-a verilən məlumata görə, A.Şıxvəliyevanın əlamətləri belədir: Boyu 155-165 sm., dolu bədən quruluşlu, yumru sifətli, gözlərinin rəngi qəhvəyidir. Aypəri Şıxvəliyeva yaddaş zəifliyindən əziyyət çəkir.
Şəkildə gördüyünüz qadını tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102 Zəng Mərkəzi Xidmətinə, həmçinin Xaçmaz Rayon Polis Şöbəsinə 023-325-53-56 şəhər nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.