Qazax rayonunda göldə batan Ozal İsmayılovun meyiti tapılıb.
Unikal.org "Report"a istinadən xəbər verir ki, onun meyiti aidiyyatı üzrə təhvil verilib.
***16:45
Qazax sakini göldə batıb.
Unikal.org apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Abbasbəyli kəndi ərazisində olan süni göldə baş verib. Rayonun Fərəhli kənd sakini, 1993-cü il təvəllüdlü İsmayılov Ozan Rəşid oğlu göldə cimən zaman boğulub. Əraziyə FHN-in Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin əməkdaşları dəvət olunub.
Axtarış təddbirləri həyata keçirilir.