Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 13 mlrd. 322 mln. 757,33 min ABŞ dolları təşkil edib.
Unikal.org Dövlət Gömrük Komitəsinin açıqladığı statistikaya istinadən xəbər verir ki, bu, ötən ilin müvafiq dövrünə nisbətən 4 mlrd. 644 mln. 334 dollar və ya 53,52% çoxdur.
Ötən 6 ay ərzində idxal əməliyyatları 4 mlrd. 660 mln. 330,28 min dollar olub ki, bu da 2017-ci ilin yanvar-iyun aylarının göstəriciləri ilə müqayisədə 1 mlrd. 250 mln. 656 min dollar və ya 36,68% çoxdur.
Hesabat dövründə ölkənin ixrac əməliyyatları üzrə 8 mlrd. 662 mln. 427,05 min dollar olub ki, bu da 2017-ci ilin yanvar-aprel aylarının göstəriciləri ilə müqayisədə 3 mlrd. 393 mln. 678 min dollar və ya 64,41% çoxdur.
Nəticədə 4 mlrd. 2 mln. 96,77 min dollar məbləğində müsbət saldo yaranıb ki, bu da 2017-ci ilin 6 ayı ilə müqayisədə 2 mlrd. 143 mln. 21 min dollar və ya 2,15 dəfə artım deməkdir.