Bakıda məşhur oteldə müştərinin pulları oğurlanıb.
Unikal.org report-a istinadən xəbər verir ki, Nərimanov rayonunda yerləşən "Excelsior otelində turist kimi qalan Pakistan vətəndaşı Abdul Haq Akbar 18-ci Polis Şöbəsinə məlumat verərək oteldə 700 dollar və 70 manat pulunun oğurlandığını bildirib.
Faktla bağlı araşdırma aparılır.