Zərdabda qadın sürücü ağır qəza törədib.
Unikal.org-un DİN-in saytına istinadən məlumatına görə, iyulun 13-də saat 18 radələrində Zərdab rayonunun Körpükənd kəndi ərazisində Ağdaş rayon sakini Rəna Birgül idarə etdiyi "Mitsubishi markalı avtomobili aşırıb. Nəticədə sürücü və 2 sərnişini xəstəxanaya yerləşdirilib. Onlardan qızı Məryəm xəstəxanada ölüb.
Zərdab RPŞ tərəfindən araşdırma aparılır.