Sərnişin avtobusu magistral yolda yüksək sürətlə hərəkət edir. Saatda 120 ilə gedən avtomobil qarşıdakı sərnişin avtobusuna çata bilmir.
Unikal.org XəzərXəbər-ə istinadən bildirir ki, görüntülər Aeroport yolunda lentə alınıb. Videonu çəkən sürücü iddia edir ki, Koroğlu Mübadilə Mərkəzindən Bakı kəndlərinə işləyən 136 və 171 nömrəli avtobuslar yolda bir birləri ilə ötüşür.
Görüntülərdən aydın görünür ki, avtobus sürücülərinin ikisi də bir müddət hərəkəti sol zolaqda davam etdirillər. Sərnişinlər deyir ki, sözügedən avtobuslarda sürət həddinin aşılması artıq adi hala çevrilib.
Qaydalara görə, avtobusların sürəti 90 km/saatdan çox ola bilməz.Minik avtomobilləri üçün isə bu sürət həddi 110 kilometr saat müəyyənləşib.
Məsələylə bağlı Bakı Nəqliyyat Agentliyindən bildiriblər ki,sözügedən video ilə bağlı məlumat nəzarətə götürülüb və araşdırılır.