Göyçayda "Surxay qalası adlanan dağlıq ərazidə və meşə sahəsində yanğın başlayıb.

Unikal.org-un  apa-ya istinadən xəbərinə görə, rayonun Ərəbcəbirli kəndi ərazisində dağlıq ərazidə başlayan yanğının söndürülməsi üçün əraziyə FHN-nin Göyçay və Ağdaş Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları, həmçinin meşə mühafizəçiləri cəlb edilib.

Artıq 2 hektar ərazidə ağaclar, quru ot və kol-kos yanıb. Yanğının söndürülməsi üçün tədbirlər davam etdirilir.