Zaqatala rayon sakini kəsici alətlə özünə xəsarət yetirib.

Unikal.org  APA-ya istinadən xəbər verir ki, iyulun 23-ü axşam saat  22 radələrində Zaqatala rayonun Muxax kənd inzibati ərazisindəki sığınacaqda yaşayan rayon sakini 1983-cü il təvəllüdlü Zülfüqar Əsəbəli oğlu Məmmədov sol bilək nahiyəsinin kəsilmiş xəsarəti ilə Zaqatala Mərkəzi Rayon Xəstəxanasına (MRX) müraciət edib.


MRX-dan APA-ya bildirlib ki, müayinə zamanı Z. Məmmədov  kəsici alətlə özünə xəsarət yetirdiyini bildirlib. Z. Məmmədova lazımi tibbi yardım göstərilib, xəsarəti yüngül olduğundan ambulator müalicə almaq şərti ilə evə buraxılıb.
 

Faktla bağlı araşdırma aparılır.