Şirvanda baş verən qəzada 3 nəfər xəsarət alıb.

Unikal.org APA-ya istinadən xəbər verir ki, hadisə Şirvan şəhərinin Hacıqəhrəmanlı qəsəbəsində baş verib.

Salyan rayonu Qaraçala kənd sakini, 1973-cü il təvəllüdlü Ağarzayev Bəxtiyar Ağakişi oğlunun  idarə etdiyi "Mercedes markalı avtomobil sürətlə hərəkətdə olarkən yoldan çıxıb və qaz kəmərinə çırpılaraq aşıb. Nəticədə sürücü və avtomobildə olan sərnişinlər - Qaraçala kənd sakinləri, 1973-cü il təvəllüdlü Ağarzayeva Nazənin Adil qızı və 2008-ci il təvəllüdlü Ağarzayev Əmikişi Fikrət oğlu  müxtəlif dərəcəli xəsarətlərlə Şirvan şəhər xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.Faktla bağlı Şirvan polis şöbəsində araşdırma aparılır.