Sumqayıtda 82 yaşlı kişi gəlini tərəfindən döyülüb.
Unikal.org-un report-a istinadən verdiyi məlumata görə, hadisə şəhərin birləşmiş məhəlləsində baş verib.
Belə ki, Sumqayıt şəhər sakini 1936-cı il təvəllüdlü Dadaşov Mirağa İbad oğlu yaşadığı 7-8-12 birləşmiş məhəllədə ailə münaqişəsi zamanı öz gəlini tərəfindən döyülüb.
Yaşlı kişi ağır zədələrlə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.