Nərimanov rayonunda bədbəxt hadisə nəticəsində 1 nəfər ağır xəsarət alıb.
Unikal.org "Report"a istinadən bildirir ki, hadisə Habil Mirzəyev küçəsində baş verib.
1977-ci il təvəllüdlü Fərzəliyeva Elnurə Akif qızı binanın ikinci mərtəbəsində yaşadığı evin eyvanında iş görərkən qəfildən yerə yıxılıb. O, bədənin müxtəlif nahiyələrindən sınıq xəsarətləri alıb. Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Fakt araşdırılır.
Xətai rayonunda intihara cəhd hadisəsi baş verib.
Hadisə Nobel prospektində yerləşən binanın həyətində baş verib.
1997-ci il təvəllüdlü (şərti adı) Hüseynzadə A.Ə qızı özünü yaşadığı mənzilin eyvanından yerə atıb. Beşinci mərtəbədən özünü yerə atan qız xoşbəxtlikdən sağ qalıb. O, orta ağır vəziyyətdə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Vəziyyəti orta ağır kimi qiymətləndirilir.
Faktla bağlı Xətai Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.