Ukraynada sərnişin qatarı minik avtomobili ilə toqquşub.

Unikal.org  "Qromadske saytına istinadən xəbər verir ki, hadisə Kiyev vilayətində qeydə alınıb.Sərnişin qatarının "Reno markalı minik avtomobili ilə toqquşması nəticəsində avtomobildə olan iki nəfər ölüb. İlkin məlumata əsasən, sürücü bağlı olan keçiddən keçmək istəyərkən qatar maşını vurub.Faktla bağlı araşdırma aparılır.