Rusiyanın Saratov şəhərində aliment ödəməyən şəxs Azərbaycandakı nənəsinin yubileyinə gəlmək üçün bütün borclarını ödəyib. Bununla bağlı Rusiya KİV yerli məhkəmə orqanlarına istinadla məlumat yayıb.

Unikal.org-un məlumatına görə, Krasnoarmeyskdə yaşayan uşağın atası yığılmış 60 min rubl (təxminən 945 dollar) aliment borcunu ödəyib. O, əvvəllər alimenti ödəmədiyi üçün məhkəmə həmin şəxsin ölkədən çıxmasına qadağa qoyub.

Kişi rayon idarəsinə gələrək, Azərbaycana getməli olduğunu və qadağanın ləğv edilməsini istədiyini deyib.