Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rizədə səfəri zamanı daha bir maraqlı olay yaşanıb.
Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, Güneysu mahalına gələrək burada bir qrup insanlarla və o cümlədən gənclərlə ayaq üstü söhbətləşib.
Ərdoğan, gənclərlə görüşü zamanı, Yahya Çağlar Akarsu adlı bir gənc, sevdiyi qızı istəməsinə baxmayaraq, ailəsinin ona qız vermədiyini ifadə edib. Qıza yenidən elçi getməsi üçün üçün Ərdoğandan kömək istəyib. Ərdoğan isə gəncə zamin olduğunu ifadə edib və yanındakılardan gəncə köməkçi olmasını istəyib.