Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tərəfindən vaxtilə iş adamı olmuş, ailəsi tərəfindən tərk edildiyindən səfil kimi yaşayan Akif Əliyevi yenidən xəstəxanaya yerləşdirilib.

Unikal.org xəbər verir ki, bu barədə facebook səhifəsində Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin mətbuat katibi Fazil Talıblı məlumat verib.

F.Talıblı Akif Əliyevin səhhəti ilə maraqlanmaq üçün xəstəxanada ona baş çəkib.

Bir neçə gün bundan əvvəl o, xəstəxanada müalicəyə götürülsədə ordan getmsinə baxmayaraq F.Talıblı bildirib ki, nazirlik onu yenidən xəstəxanada müalicə olunmasını istəyib: "Vaxtilə iş adamı olmuş, ailəsi tərəfindən tərk edildiyindən səfil kimi yaşayan Akif Əliyevin 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicəsi uğurla davam edir. Xəstəxanada onu ziyarət etdik. Akif müəllimin ən böyük arzusu tezliklə sağalaraq övladlarına qovuşmasıdır".