ABŞ-ın məşhur aktrisası Süzen Braun 87 yaşında vəfat edib.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, "sabun operaları"nın ulduzu olan aktrisanın vəfatı xəbərini icraçı prodüser Frenk Valentini təsdiqləyib. O, öz "Tvitter" hesabı vasitəsiylə Braunun yaxınlarına və bütün onu tanıyanlara başsağlığı verib. 

Qeyd edək ki, Braun aktrisalıq karyerasına 1977-ci ildə başlayıb.  Azərbaycan tamaşaçısı "Santa-Barbara" serialında Viktoriya Leynin anası kimi oynadığı Canet Leyn obrazı ilə tanıyır.

O, aktrisalıq fəaliyyətini 2004-cü ildə başa vurub. Braun sonuncu dəfə "Baş xəstəxana" serialında rol alıb.