Azərbaycan ağır atletika üzrə milli komandasıninin üzvü Aliş Nazarov gənclər arasında keçirilən Azərbaycan Çempionatının qalibi olub.
İdmançının atası, beynəlxalq dərəcəli hakim Vahid Nəzərovun Unikal.org-a bildirdiyinə oğlu Avropa çempionatına hazırlaşır:
"O, oktyabr ayında Polşanın Zamocs şəhərində keçiriləcək Avropa çempionatına hazırlaşır.
Onun yerli çempionatda nəticəsi birdənqaldırma hərəktində 140 kq, təkanla qaldırma hərəkətində 170 kq olub. Ümumi cəmdə 310 kq-ın öhdəsindən gəlib.