Topaz Premyer Liqasının IV turunda keçirilmiş "Səbail" - "Zirə" matçında əsasnamə pozulub.
Unikal.org xəbər verir ki, "Zirə" klubuna texniki məğlubiyyət verilə bilər.
Buna səbəb qəsəbə təmsilçisi tərəfindən oyunun protokoluna 1998-ci il təvəllüdlü futbolçunun adının daxil edilməməsidir.
Məsələyə AFFA İntizam Komitəsinin növbəti iclasında baxılacaq. "Zirə"yə texniki məğlubiyyət verilə bilər.
Qeyd edək ki, "Səbail" - "Zirə" matçı 1:1 hesabı ilə başa çatıb.