UEFA Rusiyanın ÇSKA klubunun Çempionlar Liqasının qrup mərhələsindəki ev oyunlarını "Lujniki" stadionunda keçirmək üçün etdiyi müraciəti cavablandırıb.
Unikal.org xəbər verir ki, ali futbol qurumu Moskva təmsilçisinin müraciətini müsbət qəbul edib. Bu qərarla, ÇSKA ÇL-dəki ev oyunlarını "Lujniki stadionunda keçirə biləcək. Bu barədə Rusiya mətbuatı xəbər yayıb.
ÇSKA ÇL-in G qrupunda İspaniyanın"Real, İtaliyanın "Roma və Çexiyanın "Viktoriya komandaları ilə mübarizə aparacaq.
ÇSKA-nın ev oyunlarını keçirəcəyi "Lujniki stadionu 81000 nəfərlik tutuma malikdir.
ÇSKA ev oyunlarını 30 min nəfərlik tutuma malik olan "ÇSKA Arenada keçirirdi.