Afrika Çempionlar Liqasında faciə baş verib.
Unikal.org xarixi mətbuata istindən xəbər verir ki, faciə Anqolanın "Primeyru komandası ilə Demokratik Konqo "Mazembesi arasında keçirilən oyundan sonra yaşanıb. 0:0 hesabı ilə başa çatan qarşılaşmadan sonra azarkeşlər stadionu tərk etmək istəyərkən basabas yaranıb.
Bir qrup azarkeş çıxış qadağan olan qapıya tərəf yönəlib. Bağlı olduğu üçün qapının qarşısında xeli insan toplaşıb. Qapılar açıldıqda isə kütlə atlı polislərlə qarşılaşıb.
Atların hürkməsi isə faciəni qaçılmaz edib. 5 azarkeş atların ayaqları altında qalaraq ölüb. 7 nəfər isə müxtəlif bədən xəsarətləri alıb.