Azərbaycanın Dövlət Təhülkəsizlik Ximdəti erməni terrorçu-daşnak qüvvələrinin əməlləri ilə bağlı arxiv sənədlərini yayımlayıb.
Unikal.org DTX-nın İctimaiyyətlə Əlaqələr Şöbəsinə istinadən xəbər verir ki, Dovlət Təhlukəsizliyi Xidmətinin arxivlərində saxlanılan sənədli materialların araşdırılması zamanı erməni terrorçu-daşnak qüvvələrinin, o cümlədən terrorizm ideologiyasının daşıyıcısı olan "Dasnaksutyun partiyasının, habelə İkinci Dunya muharibəsi illərində bəşəriyyətə qarşı cinayətlərdə xüsusi amasızlıqla fərqlənmiş erməni milliyyətindən olan şəxslərin qəddar əməlləri çoxsaylı faktlarla təsdiqini tapıb.
Bu arxivlərdəki sənədli materialların mütərəqqi dünyanın terrordan və faşizmin fəsadlarından qorunması baxımından elmi-tarixi əhəmiyyətini, Ermənistanın Azərbaycana qarşı yeritdiyi qəsbkarlıq və hərbi təcavüz siyasətinin nəticələrinin beynəlxalq ictimaiyyətə çatdırılmasının xüsusi aktuallıq kəsb etdiyini və bu siyasətin ifşa olunmasında ilkin sənədli mənbələrə istinadın zəruriliyini nəzərə alaraq, Dövlət Təhlükəsizliyi Xidməti arxivlərində saxlanılan sənədli materialların bir qisminin üzərindən məxfiliyin götürülməsi və onların geniş ictimaiyyətə açıqlanmasını məqsədəmüvafiq hesab edib. Həmin materialların DTX-nin rəsmi internet səhifəsində yerləşdirilməsinə qərar verilib.