Azərbaycanlı pəhləvan qardaşlar Kolumbiyada keçirilən beynəlxalq festivalda çıxış ediblər.

Unikal.org xəbər verir ki, Azərbaycanlı 9 qat dünya rekordçuları , "Ginnesin Rekordlar Kitabına" düşməyə namizəd Laçın və Hüseyn Abdulhüseynovlar kolumbiyalı tamaşaçıları öz qeyri-adi nömrələri ilə təəcübləndirməyi bacarıblar. Azərbaycanlı pəhləvanların güc nümayişini tamaşaçılar həyəcan və alqışlarla izləyiblər.

Sentyabrın 19-da Kolumbiyanın paytaxtı Boqota şəhərində təşkil olunan Beynəlxalq Yumor Festivalına ("Festival ınternacıonal del humor 2018") xüsusi qonaq qismində qatılan qardaşların çıxışı bu ölkənin məşhur "Caracol televiziyası vasitəsilə yayımlanacaq.  

Qeyd edək ki, pəhləvanoğlu kimi tanınan qardaşlar bundan əvvəl ABŞ, Ukrayna, Rusiya, İtaliya, Türkiyə və Gürcüstan televiziyalarında yayımlanan layihələrdə də uğurla çıxış ediblər.