Rusiyanın "Rostov" klubunda çıxış edən həmyerlimiz Ayaz Quliyev komandasında həftənin ən yaxşısı seçilib.
Unikal.org xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Bu seçim azarkeşlər arasında sorğunun nəəticəsidir.
Qeyd edək ki, "Ural" - "Rostov" matçı 1:1 hesablı heç-heçə ilə başa çatıb. 22 yaşlı yarımmüdafiəçi komandasının vurduğu qolda məhsuldar ötürmə edib.