Bakıda təşkil olunan cüdo üzrə dünya çempionatı davam edir. Çümpionatda daha iki idmançımız mübarizəyə qoşulub.
Unikal.org-un məlumatına görə, 66 kq çəkidəki kişi cüdoçu Nicat Şıxəlizadə 1/32 finalda Məhəmməd Abdelmavquta (Misir) 38 saniyəyə ipponla qalib gəlib. Növbəti mərhələdə rəqib braziliyalı Daniel Karqnin olub. İdmançımız uduzaraq turnirdə mübarizəni dayandırıb.
Qadınların yarışında 52 kq çəki dərəcəsində yer alan Buyankişiq Purevsuren 1/32 finalda böyük Çelsi Gilzə (Böyük Britaniya) 80 saniyəyə ipponla uduzub.