UEFA Çempionlar Liqasının qrup mərhələsinə məğlubiyyətlə başlayan "Mançester Siti" İngiltərə futbolunda antirekorda imza atıb.
Unikal.org xəbər verir ki, İngiltərə Premyer Liqasında ötən mövsümü rekord xalla çempion olaraq tamamlayan, ÇL-in cari mövsümünün ən böyük favoritlərindən göstərilən MS bu ümidləri doğrultmayıb. Doğma meydanda Fransanın "Lion" klubuna 1:2 hesabıyla uduzan "şəhərlilər", həm də, qitənin ən nüfuzlu klub turnirində ardıcıl 4 məğlubiyyətlə üzləşən ilk İngiltərə klubuna çevrilib.
Xatırladaq ki, MS ötən mövsüm "Bazel"ə 1:2 hesabıyla uduzduğu 1/8 final matçının ardından 1/4 finalda da "Liverpul"a hər iki oyunda məğlub olaraq, mübarizəni dayandırmışdı.(publika.az)