PSJ-nin futbolçusu Tyaqo Silva yayda komandanı tərk edə bilər.

Unikal.org xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb. Xəbərdə 2020-ci ilə qədər müqaviləsi olan braziliyalı müdafiəçinin komandadan getmək istədiyi qeyd olunub.

33 yaşlı futbolçu ilə "Yuventus, "Roma, "Napoli və "Milan klublarının maraqlandığı bildirilir.

Silva 2012-ci ildə 42 milyon avro qarşılığında "Milandan transfer edilmişdi.