Sentyabrın 22-də cüdo üzrə Bakıda keçirilən dünya çempionatında Azərbaycan idmançısı Hidayət Heydərov bürünc medal uğrunda mübarizə aparacaq.

Unikal.org xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ailə üzvləri yarımfinal qarşılaşmasına baxıblar.
Yetmiş üç kiloqram çəki dərəcəsində mübarizə aparan Hidayət Heydərov yarımfinalda Yaponiya idmançısı, dünya çempionu Soiçi Haşimotoya məğlub olub. O, bürünc medal uğrunda Monqolustan idmançısı Tsoqtbaatar Tsend-Oçirlə qarşılaşacaq.
Qeyd edək ki, 2013-cü və 2014-cü illərdə yeniyetmələr arasında Avropa çempionu olan Hidayət Heydərov 2015-ci ildə Birləşmiş Ərəb Əmirliklərində keçirilən gənc cüdoçuların dünya çempionatında bürünc medal qazanıb. O, 2017-ci ildə "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarının qalibi olub, həmçinin Avropa çempionu adını qazanaraq qitənin "Ən yaxşı gənc cüdoçusu xüsusi mükafatına da layiq görülüb.