Futbol üzrə Azərbaycan Premyer Liqasının V turunda "Zirə" və "Neftçi" komandaları arasındakı oyun zamanı insident baş verib.

Unikal.org-un report-a istinadən məlumatına görə, 45-ci dəqiqədə baş hakim Rauf Cabbarov meydan sahiblərinin yeni baş məşqçisi Samir Abasovla onun italiyalı rəqib həmkarı Roberto Bordini texniki zonadan kənarlaşdırıb.

Buna iki mütəxəssis arasında baş verən mübahisə səbəb olub.

Baş məşqçilər tribunaya qalxdıqdan sonra barışıblar. Öz aralarında qısa müzakirədən sonra onlar ilk yarının fasiləyədək olan kiçik hissəsini birgə izləyiblər.

Qeyd edək ki, birinci hissə 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.