Gürcüstanın Batumi şəhərində keçirilən 43-cü Ümumdünya Şahmat Olimpiadasında 2-ci turun oyunları keçirilib.

Unikal.org xəbər verir ki,kişilərdən ibarət Azərbaycan millisi İtaliya ilə üz-üzə gəlib. Qadın şahmatçılarımız isə Belçika ilə qarşılaşıb. Hər iki milli komanda rəqiblərini məğlub edib.

Kişilər

İtaliya - Azərbaycan - 1:3

Daniele Vokatura - Şəhriyar Məmmədyarov - 0.5:0.5

Mikele Qodena - Teymur Rəcəbov - 0.5:0.5

Luka Moroni - Arkadi Naydiç - 0:1

Sabino Brunello - Rauf Məmmədov - 0:1

T.Rəcəbovla R.Məmmədov ağ, Ş.Məmmədyarov və A.Naydiç isə qara fiqurlarla oynayıb.

Qadınlar

Azərbaycan - Belçika - 3.5:0.5

Günay Məmmədzadə - An Qussen - 1:0

Zeynəb Məmmədyarova - Daria Vanduyfeys 0.5:0.5

Gülnar Məmmədova - Vibke Barbye - 1:0

Ülviyyə Fətəliyeva - Anneli Kuvelye - 1:0

G.Məmmədzadə ilə G.Məmmədova ağ, Z.Məmmədyarova və Ü.Fətəliyeva isə qara fiqurla oynayıb.

Qeyd edək ki, Azərbaycanın kişilərdən ibarət yığması ilk turda Beynəlxalq Fiziki Məhdudiyyətli Şahmat Assosiasiyasının (İPCA) komandasına 3.5:0.5 qalib gəlib. Qadınlarda isə milli İordaniyanı məğlub edib - 4:0.