Azərbaycan milli komandası cüdo üzrə dünya çempionatında ikinci medalını qazanıb.

Unikal.org xəbər verir ki, kişilərin 100 kq-dan yuxarı çəki dərəcəsi üzrə yarışında Uşangi Kokauri ikinci yeri tutub. O, finalda gürcüstanlı Quram Tuşişviliyə uduzub.

Bunadək Bakıda təşkil olunan yarışda Azərbaycan cüdoçularından yalnız biri - Hidayət Heydərov (73 kq) bürünc medal qazanıb.

Qeyd edək ki, bununla da fərdi yarışa yekun vurulub.