"Uotfordun futbolçusu Troy Dini "Liverpulun müdafiəçisi Vircil Van Deyklə bağlı açıqlama verib.

Unikal.org xəbər verir ki, ingilis futbolçu BBC-yə açıqlamasında holland müdafiəçiyə nifrət etdiyini deyib:

"Ona qarşı oynamaqdan nifrət edirəm. Fiziki cəhətdən çox güclüdür. Hava toplarını da ondan almaq olmur. Deyk mübarizə aparmağı sevən futbolçudur. Həm də ondan yaxşı iy də gəlir. Ona nifrət edirəm.