"Qarabağın Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda "Arsenala qarşı keçirəcəyi oyunla bağlı statistik məlumatlar açıqlanıb.
Unikal.org xəbər verir ki, statistik məlumatları UEFA öz rəsmi saytında təqdim edib:
Əvvəlki görüşlər:
* "Arsenal heç vaxt Azərbaycan komandaları ilə qarşılaşmayıb. "Qarabağ isə İngiltərə təmsilçilərinə qarşı keçirdiyi 4 oyunun hamısında uduzub. "Köhlən atlar 2015/16 mövsümündə Avropa Liqasının qrup mərhələsində "Tottenhemə (0:1, 1:3), ötən mövsüm Çempionlar Liqasının qrupunda isə "Çelsiyə məğlub olub (0:6, 0:4).
"Qarabağ"
* 2017/18 mövsümündə ardıcıl 5-ci dəfə Azərbaycan çempionu olan "Qarabağ bütün hallarda avrokubokların qrup mərhələsində iştirak edib. Üç dəfə bu yarışda iştirak edən Ağdam təmsilçisi, ötən mövsüm ÇL-in qrupuna düşən ilk Azərbaycan klubu olub. Bu dəfə isə "Qarabağın qitənin ən nüfuzlu klub turnirində yolunu Belarus BATE-si kəsib - 0:1, 1:1. Avropa Liqasının pley-off mərhələsində Moldovanın "Şerif komandasından iki oyunun nəticəsində güclü olan (0:1, 3:0) "Qarabağ qrupa vəsiqə qazanıb.
* Qurban Qurbanovun rəhbərlik etdiyi komanda avrokuboklarda heç vaxt qrupdan çıxa bilməyib. Komanda 9 səfər oyunundan yalnız 2 dəfə qalib gəlib. "Qarabağ Ukraynanın "Dnepr (2014/2015) və Yunanıstanın PAOK (2016/2017) komandalarını 1:0 hesabı ilə məğlub edib.
* "Qarabağ bu mövsüm evdə keçirdiyi avrokubok oyunlarında cəmi bir qol buraxıb. Ötən mövsümün son matçında isə "Çelsiyə 0:4 hesabıyla məğlub olub. Əvəzində İspaniya "Atletikosu ilə həm evdə, həm də səfərdə heç-heçə edib (0:0, 1:1).
"Arsenal"
* "Arsenal 2017/18 mövsümündə Premyer Liqada 6-cı yeri tutub. Buna baxmayaraq, "topçular qrupa birbaşa vəsiqə əldə ediblər.
* Ardıcıl 19 il ÇL-də çıxış edən "Arsenal ötən mövsüm Avropa Liqasında debüt edib və yarımfinala qədər irəliləyib. Burda isə turnirin qalibi olan "Atletikoya uduzub (1:1, 0:1). Londonlular ötən mövsüm avrokuboklarda 7 səfər matçında 4 dəfə qalib gəlib, 2 dəfə məğlub olublar.
* "Arsenal ötən mövsüm Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda səfərdə BATE-ni 4:2 hesabı ilə məğlub edib. 1999/2000 mövsümündə UEFA Kubokunun finalında Türkiyə təmsilçisi "Qalatasaraya penalti seriyasında uduzan "topçular indiyə qədər avrokuboklarda 2-ci tura təsadüf edən 6 səfər oyununa çıxıblar və heç birində uduzmayıblar - 4 qələbə, 2 heç-heçə.
Komandalar arasında əlaqə
* "Qarabağın hücumçusu İnnosent Emeqara İsveçrə millisində "Arsenalın oyunçuları - Stefan Lixtştayner və Qranit Caka ilə komanda yoldaşı olub.
* "Arsenalın futbolçusu Mesut Özil 7 iyul 2011-ci ildə, AÇ-2012-nin seçmə mərhələsində Almaniya yığmasının Bakıda Azərbaycan millisini 3:1 hesabı ilə məğlub etdiyi görüşdə 1 qol vurub və 1 məhsuldar ötürmə verib.
Baş məşqçilər
* Qurban Qurbanov Azərbaycan millisinin ən yaxşı bombardiridir. O, 64 matça 12 qol vurub. Futbolçu karyerasında çoxlu sayda klub dəyişən 46 yaşlı mütəxəssis məşqçi işində "Qarabağda lövbər salıb. Qurbanov bu ilin avqustunda Ağdam komandasının "sükanı arxasında" 10 illiyini qeyd edib. Qurbanov bu müddətdə ardıcıl 5 dəfə ölkə çempionu olub və 4 dəfə Azərbaycan kubokunu qazanıb. O, ÇL-in qrupuna vəsiqə qazanan ilk azərbaycanlı məşqçi kimi tarixə düşüb. Qurbanov 2017-ci ilin noyabrından paralel olaraq Azərbaycan millisinə də rəhbərlik edir.
* Ardıcıl iki mövsüm Fransa təmsilçisi PSJ-yə rəhbərlik edən və daxili yarışlarda 7 titul qazanan Unay Emeri bu ilin mayında "Arsenalın "sükanı arxasına keçib. 46 yaşlı mütəxəssis 4 il "Valensiyaya rəhbərlik edib, qısa müddətdə Rusiya "Spartakında işləyib. 2014-2016-cı illərdə isə İspaniyanın "Sevilya komandası ilə 3 dəfə Avropa Liqasının qalibi olub. O, bu yarışda bam məşqçi kimi oyun sayında rekordçudur.
Oktyabrın 4-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ - "Arsenal oyunu saat 20:55-də start götürəcək.