Futbol üzrə Azərbaycan Premyer Liqasında VI tura start verilib.

Unikal.org xəbər verir ki, açılış matçı "Bakcell Arena"da "Neftçi" və "Səbail" komandaları arasında keçirilib.

İnqilab Məmmədovun baş hakimlik etdiyi oyun ev sahiblərinin 4:0 hesablı qələbəsi ilə başa çatıb. İlk qolu meydan sahiblərinin heyətində Frederiko Dario vurub. O, "Səbail" komandasının futbolçusu Jarjue Maudonun səhvindən yararlanaraq, 7-ci dəqiqədə hesabı açıb. 25-ci dəqiqədə Baqali Dabo Tural Axundovun ötürməsindən sonra hesabı 2:0 edib. Braziliyalı forvard 42-ci dəqiqədə daha bir qol vurub. 70-ci dəqiqədə isə Dabo Frederikonun ötürməsindən sonra dubl edərək hesabı 4:0 edib.

Bu qələbə ilə xalını 16-a çatdıran "Neftçi" liderliyə yüksəlib. "Səbail" isə topladığı 7 xal ilə 5-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, hazırda "Əlincə Arena"da "Sabah" - "Qarabağ" görüşü keçirilir. Tura sentyabrın 30-da "Qəbələ" - "Keşlə" və "Sumqayıt" - "Zirə" matçları ilə yekun vurulacaq.