"İnterin keçmiş futbolçusu Mauro Zaratenin həyat yoldaşı Natalie Veber, Argentina mediasına maraqlı açıqlama verib.
Unikal.org xəbər verir ki, Veber, İngiltərə millisinin keçmiş futbolçusu Devid Bekhemlə münasibətdə olmağı xəyal etdiyini deyib:
"Bekhemlə bağlı cinsi fantaziyalarım var. Zarate də bunu bilir. O, mənə Bekhemin bir canavar olduğunu deyir və onunla yatmağıma icazə verir. Mən də onun Argentinanın ən gözəl qadını olan Keleste Kidlə yatmasına icazə verirəm.
Zarate ilə birlikdə erotik filmlər izləyirik, ruhlandırıcı olur bunlar. Ən çox duşda cinsi əlaqəyə girməyi xoşlayıram.
Hazırda karyerasını Argentinanın "Boka Xuniors klubunda davam etdirən Zarate, "Fiorentina, "Latsio, "İnter, "Uotford kmi klublarda çıxış edib. O, 2016-cı ildə Avropa Liqasının qrup mərhələsində "Fiorentina forması ilə "Qarabağa qarşı keçirilən oyunda iştirak edib və qollardan birinə imza atıb.