"Mançester Yunaytedin baş məşqçisi Joze Mourinyo komandada 3-cü mövsümünü keçirməsinə baxmayaraq, hələ də oteldə qalır.
Unikal.org İngiltərə mətbuatına istinadən xəbər verir ki, evdə yaşamaq əvəzinə, Mançesterdə 5 ulduzlu "Lowry oteldə qalmağa üstünlük verən mütəxəssisin 3 ilə yaxın müddətdə oteldə yaşamaq üçün nə qədər pul xərclədiyi məlum olub. Portuqaliyalı məşqçinin indiyə qədər otelə xərclədiyi pulun 500 min pounda yaxın olduğu deyilir.
55 yaşlı mütəxəssisin "qırmızı şeytanlarla 2020-ci ilə qədər müqaviləsi var.