Farer adaları və Azərbaycanın futbol yığmaları arasındakı UEFA Millətlər Liqası matçı təxirə salına bilər.
Unikal.org bildirir ki, report-un stadionda olan əməkdaşının verdiyi məlumata görə, səbəb "Torsvollur" arenasının dumana bürünməsidir.
Hazırda Farer adalarının paytaxtında çiskinli hava hökm sürür.
Qeyd edək ki, oyun Bakı vaxtı ilə saat 22:45-də start götürməlidir.