Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin rəhbərlik etdiyi Odessa vilayət dövlət administrasiyasının kabinetlərindən birində axtarış aparılıb.
Unikal.org xəbər verir ki, Mixail Saakaşvili hadisədən sonra keçirdiyi mətbuat konfransında jurnalistlərə açıqlamasında bunun siyasi təxribat olduğunu deyib.
"Bu cür nə Viktor Pşonka işləyib, nə Putinin təyin etdiyi prokurorluq rəhbəri belə fəaliyyət göstərir, eləcə də Şimali Koreya belə işləmir. Onlar ümumiyyətlə başlarını itiriblər", - deyə Saakaşvili hiddətlə söyləyib.
Onun sözlərinə görə, baş prokuror Yuriy Luçenkonun administrasiyada axtarışlar aparıldığından xəbəri olmayıb.
"Mən Luçenkoya zəng etdim və məlum oldu ki, onun bu hadisədən xəbəri olmayıb. O çox təəccübləndi. Bax, bu ölkədə belə güc var, yuxarılardan xəbərsiz istənilən özbaşınalığı edə bilirlər".