UEFA Çempionlar Liqasının qrup mərhələsinin ikinci turunda keçirilən PSJ - "Srvena Zvezda oyunu ilə bağlı araşdırmaya başlayıb.
Unikal.org Qol.az-a istinadən xəbər verir ki, buna səbəb matçın danışılmış oyun olmağı ehtimalıdır. "Srvena Zvezda nümayəndələrinin görüşdən əvvəl Paris klubunun 5 top fərqi ilə qalib gəlməsinə 5 milyon avro pul qoyduğu iddia olunub. Bununla bağlı "L'Equipe" nəşri UEFA-nı məlumatlandırıb. Bundan sonra məsələ ilə əlaqədar araşdırmaya başlanıb.
PSJ özünün rəsmi "Tvitter" səhifəsində yazılanlarla bağlı heç bir əlaqəsinin olmadığını yazıb: "Klub şübhələrdə dolayı və birbaşa yolla iştirakını rədd edir. Biz istintaqla bağlı əməkdaşlıq etməyə hazırdır".
Qeyd edək ki, PSJ - "Srvena Zvezda" görüşü meydan sahiblərinin 6:1 hesablı qələbəsi ilə başa çatıb.