FİFA Polşanın "Poqon klubunu cəzalandırıb.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, ali futbol qurumu Polşa təmsilçisinə 2 illik transfer qadağası qoyub. Bu barədə FİFA-nın rəsmi saytı məlumat yayıb.

Qadağaya səbəb "Poqonun bolqarıstanlı futbolçu Spas Delevi transfer qaydalarına uyğun olmayan şəkildə heyətinə cəlb etməsi olub. FİFA Delevi də 4 aylıq futboldan uzaqlaşdırıb.

"Poqon Polşa çempionatında 16 komanda arasında 10-cu pillədə qərarlaşıb.