"Qalatasaray klubu ciddi itki ilə üzləşib.
Unikal.org xəbər verir ki, "sarı-qırmızıların futbolçusu Henri Onyekuru zədələnib. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Xəbərdə 21 yaşlı futbolçunun 4-6 həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilib.
Onyekuru 11 noyabrda keçiriləcək "Qalatasaray - "Fənərbaxça derbisində komandasına kömək edə bilməyəcək.
"Qalatasaray Onyekurunu yay transfer pəncərəsi dövründə "Everton klubundan icarəyə götürüb.
Nigeriyalı forvard Super Liqada çıxdığı 8 qarşılaşmada 2 qol vurub.