Badamdar sürüşmə zonasında saat 18:00-a olan monitorinqlərin nəticəsinə əsasən gərginlik qalmaqdadır.

Bu barədə Unikal.org-a Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan məlumat verilib.

Məlumata görə, sürüşmə sahəsi üzərində xırda uçqunlar qeydə alınıb. Sürüşmə sahəsinin sağ və sol hissəsində olan çatlarda nisbi aktivlik qeydə alınıb. Sürüşmənin yuxarı hissəsində yerləşən fərdi yaşayış evlərinin hasarlarında quraşdırılmış mayaklarda dəyişiklik müşahidə olunmayıb.